-
- 22-03-2024, 12:01
- 181
İntihar yoxsa qətl? 14 illik şübhəli hadisə
Tarix 26 sentyabr 2010-cu ildir. Beyoğlunun Mithatpaşa Aparatının boşluğunda Nazlı Sinem Erköseoğluna məxsus gənc qadının cəsədi tapılıb.
News24.az xəbər verir ki, Nazlı Sinem Erköseoğlunun ölümü ilə bağlı iş 14 ildir ki, davam edir. Şübhəli ölümdən dərhal sonra Can Paksoy və Mahmut Efe Paksoy barəsində “qəsdən adam öldürmə” maddəsi ilə iddia açılıb və Paksoy qardaşlarına ömürlük həbs cəzası istənilib.
Nazlı Sinemin cansız cəsədi Paksoy qardaşlarına məxsus mənzilin altındakı ventilyasiya şaxtasında tapılıb. Üstəlik, həmin gün gecə yarısı Paksoy qardaşları yaşayış binasının girişindəki təhlükəsizlik kamerasına düşüb.
19-cu Ağır Cəza Məhkəməsində baxılan işdə Paksoy qardaşlarına dəlil olmadığı üçün bəraət verilib. Ali Məhkəmə 2018-ci ildə Paksoy qardaşlarına verilən bəraət qərarını ləğv edib. İşə yenidən baxılmağa başlanıb. 5 fevral 2020-ci ildə baxılan iddiada həbs olunmadan mühakimə olunan Paksoy qardaşlarına növbəti dəfə bəraət verilib. Yargıtay Apellyasiya 1-ci Cəza Dairəsi qardaşı Mahmut Emre Paksoy haqqında bəraət hökmünü təsdiqləyib. Lakin o, qardaşı Can Paksoy barəsində bəraət hökmünü ləğv edib.
Sinem Erköseoğlunun ölümü ilə bağlı işin son iclasında Can Paksoyun zorla gətirilməsinə qərar verilib. Bu çərçivədə Can Paksoy bu gün 19-cu Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxacaq. Müttəhim Can Paksoy 14 il əvvəl şübhəli ölümü ilə bağlı müdafiə çıxışı edəcək.
Günel Məlikzadə