-
- 12-05-2023, 13:39
- 386
Ramiz Süleymanova BƏRAƏT VERİLDİ
Külli miqdarda narkotik dövriyyəsində ittiham olunan Ramiz Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
News24.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılan iş üzrə ittiham sübut olunmayıb.
Məhkəmə istintaqının gedişində Ramiz Süleymanovun şübhəli şəxs qismində saxlanması prosesində çoxsaylı qanun pozuntularına yol verilməsi, o cümlədən müdafiə hüququnun pozulması müəyyən edilib.
Bütün dəlil və sübutlar tədqiq olunaraq təqsirləndirilən Ramiz Süleymanova bəraət verilib.
Qeyd edək ki, Ramiz Süleymanov polis tərəfindən keçirilən əməliyyatla həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama və daşıma) maddəsi ilə ittiham irəli sürülüb.