Belqrad meşəsində nə baş verir? 35 gündə 3 cəsəd
    • 22-03-2024, 12:24
    • 211

Belqrad meşəsində nə baş verir? 35 gündə 3 cəsəd

Bir-birinin ardınca cəsədlər tapılıb. Belqrad meşəsi müəmmalı ölümlərin ünvanına çevrilib. Biri yarı torpağa basdırılmış vəziyyətdə, digəri isə zibil qabına yazılmış qeydlə aşkar edilib. Bir-birinin ardınca tapılan cəsədlər "Belqrad meşəsində nə baş verir?" sualını ağıllara gətirdi.

News24.az xəbər verir ki, İstanbulun ağciyərləri olan Belqrad meşələri son zamanlar gəzintiyə çıxan, su almağa gedən və ya fotoşəkil çəkdirən vətəndaşların tapdığı sirli cəsədlərlə gündəmə gəlməyə başlayıb.

Bu yaxınlarda zibil qabının üzərindəki “cəsəd aşağıya” işarəsini izləyən polis qrupları kişi cəsədi tapıblar. Bu hadisədən bir neçə gün əvvəl eyni ərazidə itkin düşmüş kişinin yarı basdırılmış meyiti tapılıb. Bununla da bitmir, ötən ay eyni yerdə ağaca qalstukla bağlanmış kişi meyiti tapılmışdı.

Meyitlərdən birinin şəxsiyyəti müəyyən edilib. Ölü tapılan şəxsin Bağcılarda görülən və itkin düşdüyü bildirilən 20 yaşlı Serhat Kantele olduğu, gəncin isə başından vurularaq öldüyü müəyyən edilib.

Qətl detektivləri cəsədlərin arxasındakı sirri açmaq üçün işlərini davam etdirirlər.

Günel Məlikzadə