Əfsanəvi marşalın oğlu öldü
    • 22-03-2024, 18:10
    • 245

Əfsanəvi marşalın oğlu öldü



Rusiya Atçılıq Federasiyası keçmiş prezidenti Mixail Budyonnı vəfat edib. Onun 79 yaşı var idi.

News24.az publika.az-a istinadən xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat verilib.

"SSRİ və Rusiya Atçılıq Federasiyasının keçmiş prezidenti Mixail Semyonoviç Budyonnının vəfatını təəssüf hissi ilə bildiririk. O, ölkə üçün ən çətin illərdə atçılıq növlərinin inkişafına dəstək verdi və Rusiya idmançılarının dünya səhnəsində çıxışını təbliğ etdi.

Rusiya Atçılıq Federasiyası mərhumun ailəsinə və yaxınlarına başsağlığı verir. Mixail Semyonoviç yaddaşımızda əbədi olaraq qalacaqd. Dəfn mərasiminin vaxtı və yeri daha sonra açıqlanacaq", - məlumatda deyilir.

Mixail Budyonnı vətəndaş müharibəsinin məşhur iştirakçısı, Sovet İttifaqı marşalı Semyon Budyonnının oğludur. O, 1984-1993-cü illərdə FCSR-ə rəhbərlik edib, 1990-1995-ci illərdə Beynəlxalq Atçılıq Federasiyası Bürosunun üzvü olub.