Rusiyanın Mi-8 helikopteri qəzaya uğradı
    • 22-03-2024, 18:48
    • 100

Rusiyanın Mi-8 helikopteri qəzaya uğradı


Rusiyaya məxsus Mi-8 helikopteri Belqorod vilayətində qəzaya düşüb. 

News24.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb. 

Yayılan məlumata görə  qəza nəticəsində helikopterdə olan 4 nəfərdən biri yaralanıb.

Qəzanın pilotun səhvi nəticəsində helikopterin yüksək sürətlə eniş etməsindən qaynaqlandığı bildirilir.