Tacikistan XİN-i terror aktı ilə bağlı müraciət yayıb
    • 23-03-2024, 11:45
    • 207

Tacikistan XİN-i terror aktı ilə bağlı müraciət yayıb

Tacikistan Xarici İşlər Nazirliyi Crocus City Hall-da baş vermiş terror aktında ölkə vətəndaşlarının əli olduğu iddiası ilə bağlı müraciət yayıb.

News24.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

  • Tacikistan tərəfi Rusiya hakimiyyət orqanlarından hazırda Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı yayılan saxta məlumatlar barədə təsdiq almayıb;
  • Rusiya dövlət qurumları tərəfindən yayılan rəsmi məlumatlara etibar edin.

Hal-hazırda Tacikistanın hakimiyyət orqanları Moskva vilayətində törədilən terror aktında öz vətəndaşlarının iştirakı ilə bağlı Rusiya Federasiyası ilə əlaqə saxlayır.

Günel Məlikzadə