XİN-dən "Crocus City Hall"dakı terrorla bağlı AÇIQLAMA
    • 22-03-2024, 23:38
    • 341

XİN-dən "Crocus City Hall"dakı terrorla bağlı AÇIQLAMA

 "Crocus City Hall"dakı terror aktında zərərçəkənlər arasında azərbaycanlıların olub-olmadığı ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Bunu News24.az-ın sorğusuna cavabında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, Crocus City Hall"da atışma nəticəsində 40 nəfər həlak olub, 100-dən çox insan yaralanıb.

Silahlı insidentlə bağlı operativ qərargah yaradılıb.

Fərid Azəri