-
- 29-04-2021, 14:10
- 501
Qırğızıstan hərbçiləri Tacikistan sərhədçilərinə atəş açdı
Qırğızıstan hərbçiləri Tacikistan sərhədçilərinə atəş açıblar.
News24.az xəbər verir ki, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi məlumat yayıb. Hadisə bu gün yerli vaxtla saat 13:05-də "Golovnaya" su paylama məntəqəsinin İsfara çayının yuxarı axınında yerləşən hissəsində baş verib.
Bildirilib ki, Qırğızıstan tərəfinin hərəkətləri Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirilir.
Qeyd edilib ki, 1924-1927, eləcə də 1989-cu il xəritələrinə uyğun olaraq bu obyektin tamamilə Tacikistan Respublikasına məxsus olduğu və 1968-ci ildən bu yana Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarılması, həmçinin su təchizatı üçün istifadə olunur.