-
- 24-03-2024, 10:35
- 464
Ukraynadan Krıma intensiv raket hücumu
Qondarma Sevastopol qubernatoru Mixail Razvojayev sosial media hesabında verdiyi açıqlamada Moskva vaxtı ilə saat 22.44-də hava hücumu xəbərdarlığının verildiyini açıqlayıb. Sevastopolda bütün hava hücumundan müdafiə sistemlərinin işlədiyini bildirən Razvocayev ordunun Ukraynanın hava hücumlarında istifadə etdiyi hədəfləri məhv etməyə çalışdığını qeyd edib.
News24.az xəbər verir ki, Rusiya ordusunun havada 10-dan çox Ukrayna raketini məhv etdiyini bildirən Razvocayev 1 uşaq və 1 qadının yaralandığını bildirib.
Havadan düşən parçaların şəhərin müxtəlif hissələrinə ziyan vurduğunu qeyd edən Razvocayev, “Sevastopol və Cənub buxtalarında tüstü qalxır” dedi.
Krım körpüsünün bir müddət bağlandığı da bildirilib.
Sosial media hesablarında Rusiyanın Krımdakı hərbi bölgələrinə raket hücumlarının video görüntüləri paylaşılıb.
Günel Məlikzadə