-
- 15-03-2024, 16:45
- 266
Rusiya Ukraynaya İHA-larla hücum etdi
Ukrayna Baş Qərargahından verilən açıqlamada, Rusiyanın gecə saatlarında X-59 idarə olunan X-59 ilə Poltava bölgəsinə 7 ədəd S-300/S-400 zenit-raket kompleksləri ilə Xarkov və Donetsk bölgələrinə hücumlar təşkil etdiyi bildirilib.
News24.az xəbər verir ki, Ukrayna ordusunun döyüş əməliyyatları nəticəsində Kirovoqrad, Nikolayev, Xarkov, Xerson, Xmelnitski, Vinnitsa və Kiyev vilayətlərində PUA-ların hamısı vurulub.
Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko sosial media hesabında etdiyi paylaşımda Rusiyanın gecə hücumlarında istifadə etdiyi PUA-lardan təxminən 15-nin Kiyev yaxınlığında məhv edildiyini, hücumda can itkisi və dağıntı olmadığını bildirib.
Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski də sosial media hesabındakı paylaşımında cəbhə xəttindəki vəziyyəti dəyərləndirib.
Rusiyanın hücumlarını intensivləşdirdiyi Avdiyivka istiqamətindəki qoşunlara baş çəkdiyini bildirən Sirski, “Rusiya bir neçə gündür ki, 3-cü briqada zolağında əsgərlərimizin müdafiəsini pozmağa çalışır, hər gün hücum bölmələri ilə döyüşə göndərilir" dedi.
Sirski, Rusiya ordusunun hücum hərəkətlərinin intensiv artilleriya atəşi və PUA-ların aktiv istifadəsi ilə dəstəkləndiyini, Rusiya təyyarələrinin də 40-50 kilometr məsafədən hücumlar təşkil etdiyinə diqqət çəkib.
Günel Məlikzadə