-
- 24-03-2024, 19:07
- 424
Natavan Həbibi Elnarə və Röya ilə münasibəti haqda: "Bilmirəm ki, problem nədir"
Müğənni Natavan Həbibi MTV Azərbaycan kanalında keçmiş "W-Trio" qrupunun üzvləri xalq artisti Röya Ayxan və Elnarə Xəlilova ilə münasibətindən danışıb.
News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, Natavan Həbibi bu sözləri deyib:
"Mən Röya Ayxan ilə Elnarə Xəlilovanın söhbətinə qarışmıram. Mənim münasibətim hamı ilə yaxşıdır. Röya Ayxanla da münasibətim yaxşı idi. Onlar zaman-zaman məndən inciyirlər, küsürlər və sonra yaddan çıxır. Mən bilmirəm ki, problem nədir. Hər birinin gəl-getləri var. Biz görüşəndə günümüz gülməklə keçir. Dünən nə danışılıbsa, bu gün heç nə olmamış kimi salamlaşa bilirik. Bir az gülməli situasiya yaranır. Mən ciddi yanaşmıram və Elnarə Xəlilova ilə Röya Ayxanın münasibətinə qarışmıram. Yaxın günlərdə müsahibələrimin birində Elnarə Xəlilovanı tərifləmişəm. Sonra Elnarə dedi ki, Natavan bizim münasibətimizə qarışmasın. Dedim ki, mən qarışmıram, qırın bir-birinizi... Röya Elnarə haqqında nə isə deyən kimi yazıb, göstərir ki, "gördün mənə filan sözü deyir". Mən də gülürəm ki, fikir vermə, bunlar reklamdır. Təzə mahnı çıxır".
İfaçı aparıcının "Elnarə Xəlilova mənə demişdi ki, "W-Trio" haqqında sual verməyin" sözlərinə isə "Pis formada...Əsəbləşmişdi?! Mən bu mövzularda əylənirəm", - deyə cavab verib.