Röya ilə Natavandan sonra indi də Səidə... - FOTO
    • 4-05-2020, 11:03
    • 2 043

Röya ilə Natavandan sonra indi də Səidə... - FOTO

Xalq artisti Röya Ayxanla müğənni Natavan Həbibi arasında soyuq küləklər əsməkdə davam edir. Günlərlə iki ifaçı arasında imic qalmaqalı gedir. Natavan Həbibi yeni klipi üçün saçlarını qaynaqla uzadıb, Röya Ayxan isə yeni fotosessiyası üçün saçlarını eyni formada edib və obyektiv qarşısına keçib. Hər iki ifaçı arasında kimin-kimi təkrarladığı məlum olmasa da bu zaman cütlüyün arasına müğənni Səidə Sultan da girib.

News24.az xəbər verir ki, Səidə Sultan "İnstagram"da köhnə fotosessiyasında foto paylaşaraq iddia edib ki, Röya Ayxan məhz onun imicini kopyalayıb: "Röyanın İnstaqramda xəbər səhifələrindən sildirdiyi şəkili istədim öz səhifəmdə paylaşım. Sizcə, düz eləmişəm? Şərhi sizə buraxıram. Bu şəkli mən 2019-cu il 17 iyunda çəkdirmişəm, ünvanlıdır. Niyə inciyirsiniz ki? Fakt göz önündədir".

Sevda Bayramova