“Crocus City Hall”a hücumun ilk saniyələrinin - Videosu
    • 24-03-2024, 20:37
    • 5 953

“Crocus City Hall”a hücumun ilk saniyələrinin - Videosu

Moskvadakı “Crocus City Hall”da törədilən terror aktının ilk saniyələrinin görüntüləri yayılıb.

News24.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sözügedən video Rusiya mətbuatında yayılıb.

Görüntülərdə hücumda iştirak etdiyi iddia edilən şəxslərin binanın əsas girişinə yaxınlaşdıqları məlum olur.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall”da terror aktı törədilib. Son məlumata görə, terror aktı nəticəsində 137 nəfər ölüb, 180 nəfər yaralanıb.