SON DƏQİQƏ!!!   Rauf Aydazadə faciəvi şəkildə vəfat etdi
    • 25-03-2024, 13:47
    • 5 808

SON DƏQİQƏ!!! Rauf Aydazadə faciəvi şəkildə vəfat etdi

Martın 24-də saat 16:35-də 57 yaşlı kişi hospitalizasiya edilib.

News24.az Lent.az-a istinadla xəbər verir ki, Sabunçu Tibb Mərkəzindən bildirilib ki, açıq kəllə-beyin travması diaqnozu ilə yaralı cərrahi profilli reanimasiya şöbəsinə ağır vəziyyətdə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, xəsarət alan şəxs martın 25-i saat 1 radələrində vəfat edib.

***

Bakının Nizami rayonunda bədbəxt hadisə nəticəsində yaşlı kişi ağır xəsarət alıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.

Belə ki, 33 A ünvanında yerləşən çoxmərtəbəli binanın 9-cu mərtəbəsində yaşayan 1967-ci il təvəllüdlü Aydazadə Rauf Rafiq oğlu eyvandan yıxılıb.

O, ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.