Bakıda 18 yaşlı oğlan səkkizinci mərtəbədən yıxıldı
    • 7-09-2022, 22:23
    • 391

Bakıda 18 yaşlı oğlan səkkizinci mərtəbədən yıxıldı

Bakının Sabunçu rayonunda bədbəxt hadisə zamanı bir nəfər xəsarət alıb.

Hadisə Ramana qəsəbəsində qeydə alınıb.
Belə ki, 2004-cü il təvəllüdlü Qəhrəmanov Ramal Şükür oğlu binanın səkkizinci mərtəbəsindən yıxılaraq yerdə olan dəmir su borusunun üzərinə düşüb.
O, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyyələrində sınıq xəsarətləri alıb.
Yaralı koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Fakt araşdırılır. /APA/