Güclü zəlzələ oldu: 5,1 bal...
    • 25-03-2024, 10:46
    • 788

Güclü zəlzələ oldu: 5,1 bal...

Çilinin şimalında 5,1 maqnitudalı zəlzələ olub.

News24.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Bildirilib ki, yerli vaxtla 16:50-də qeydə alınmış yeraltı təkanların episentri Cənubi Amerika ölkəsinin Kuya yaşayış məntəqəsindən 33 km cənubda yerləşib. Verilənlərə əsasən, zəlzələnin ocağı 79,3 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.