-
- 25-03-2024, 12:38
- 256
Terror zamanı "Crocus"-dan 5 mindən çox insan təxliyə edildi
Terror aktı baş verən gün “Crocus City Hall” binasından 5 mindən çox insan təxliyə edilib.
News24.az xəbər verir ki, bu barədə TASS-a konsert zalının əməkdaşı məlumat verib.
"Binadan 5 min insan təxliyə edilib", - məlumatda bildirilib.
Qeyd edək ki, yanğınsöndürənlər yanğının söndürülməsi zamanı zirzəmidən və damdan daha 100 nəfəri xilas ediblər.
Xatırladaq ki, Martın 22-də axşam saatlarında Krasnoqorskda “Crocus City Hal”l binasında terror aktı törədilib. Rusiya İstintaq Komitəsinin məlumatına görə, 137 nəfər ölüb, qurbanların sayı arta bilər. Moskva vilayətinin Səhiyyə Nazirliyinin məlumatına görə, 182 nəfər xəsarət alıb. Terror aktında iştirak edən 11 nəfər, o cümlədən Ukrayna ilə sərhədə doğru qaçmağa cəhd edən dörd birbaşa cinayətkarın hamısı saxlanılıb. Rusiya prezidenti Vladimir Putin televiziya ilə çıxışında bildirib ki, ilkin məlumatlara görə, terror aktını törədənlərin sərhədi keçməsi üçün Ukrayna tərəfində “pəncərə” hazırlanır. O, “Crocus City Hall”-a hücumun arxasında duran hər kəsi müəyyən edib cəzalandıracağına söz verib. Prezident martın 24-nü milli matəm günü elan edib.
Mehriban Mirzəzadə