“Krokus”la eyni anda daha bir ölkədə terakt olacaqdı – Şok
    • 25-03-2024, 18:23
    • 195

“Krokus”la eyni anda daha bir ölkədə terakt olacaqdı – Şok

Moskvadakı “Krokus Siti Holl”da həyata keçirilən terror hücumunun təşkilatçıları Mərkəzi Asiya ölkələrindən birində növbəti terakt planı hazırlayırdılar. 

News24.az Globalinfo.az-a istinadən  xəbər verir ki, bu barədə “İzvesitya” öz mənbələrinə istinadən məlumat yayıb.

Nəşr bildirib ki, bu planın qarşısı alınıb. Hədəfin hansı ölkə olduğu açıqlanmasa da, hücumun Moskvadakı ilə eyni anda baş tutmasının planlaşdırıldığı qeyd edilib.

“Krokus Siti Holl”da yaşananların təfərrüatlarını “İzvestiya” ilə bölüşən mənbə konsert zalının adi benzinlə yandırıldığını deyibş

“Terrorçular hadisə yerinə gəlməzdən əvvəl yolda bir yanacaqdoldurma məntəqəsində dayanıb, benzin alıb plastik butulkalara töküblər. Ümumiyyətlə onlar mütəşəkkil terror qruplaşması olmayıblar. Hücumu sadəcə bir neçə həftə əvvəl bir araya gələrək planlayıblar”, – mənbə bildirib.