-
- 25-04-2019, 18:11
- 1 038
"Formula-1" günlərinin hava proqnozu AÇIQLANIB
Formula-1 yarışları keçirilən günlərdə gözlənilən hava şəraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumatına görə, aprelin 26-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-21 dərəcə isti təşkil edəcək.
Aprelin 27-də hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 9-12, gündüz 16-20 dərəcə isti təşkil edəcək.
Aprelin 28-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 10-13, gündüz 16-21 dərəcə isti təşkil edəcək.