-
- 25-03-2024, 23:45
- 277
Həbsxanada iğtişaş: 6 nəfər ölüb, 15 nəfər yaralanıb
Suriyanın şimalında terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Rakka vilayətində DEAŞ terrorçularının da saxlandığı həbsxanada iğtişaş baş verib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, yüzlərlə insanın saxlandığı Rakka həbsxanasında pis şərait səbəbindən iğtişaş başlayıb.
Onlarla İŞİD üzvünün saxlandığı həbsxanada üsyan qısa zamanda yatırılıb.
PKK/YPG terrorçularının üsyanı yatırmaq üçün açdıqları atəş nəticəsində aralarında DEAŞ terrorçuları da daxil olmaqla 6 nəfər həyatını itirib, 15 nəfər yaralanıb.
Qeyd edək ki, Rakka əyalət mərkəzi 2017-ci ildən Beynəlxalq Koalisiya Qüvvələrinin dəstəyini alan terror təşkilatı PKK/YPG tərəfindən işğal olunub.
PKK/YPG terrorçularının şəhərin mərkəzində qurduqları Rakka həbsxanasında yüzlərlə insan, eləcə də onlarla yerli və xarici DEAŞ terrorçusu saxlanılır.