-
- 25-04-2019, 18:28
- 803
Magistraturalara qəbul imtahanının II mərhələsi üçün proqram seçimi elan edilir
2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak edəcək bakalavrların proqram seçimi başlanır.
Dövlət İmtahan Mərkəzindən (DİM) News24.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanıb və 2019-cu il aprelin 26-dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.
DİM 2019-cu il aprelin 26-dan mayın 7-dək 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün proqram seçimi elan edir. Magistraturaya qəbul imtahanının ikinci mərhələsinə 24 fevral 2019-cu il tarixində keçirilmiş birinci mərhələnin nəticələrinə əsasən proqram seçimində iştirak etmək hüququ qazanmış və 2019-cu il aprelin 26‑dan mayın 7-dək proqram seçib təsdiq edən bakalavrlar buraxılırlar.
Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının 12 mart 2019-cu il tarixli qərarı ilə müəyyən ixtisaslaşmalar üzrə müsabiqə vəziyyətinin yaranmasının təmin edilməsi üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsindəki nəticələri bu mərhələ üzrə minimal bal tələbini ödəyən, lakin fənlər üzrə minimal bal tələbini ödəməyən bakalavrların imtahanın ikinci mərhələsinə buraxılmaları barədə qərar qəbul olunmuşdur. Lakin bu bakalavrlar imtahanın II mərhələsində dövlət sifarişli yerlər üçün həmin mərhələnin nəticəsinə və iki mərhələ üzrə ümumi bala qoyulan minimal tələbləri ödəsələr belə, ixtisaslaşma seçimi zamanı yalnız ödənişli əsaslarla olan ixtisaslaşmaları seçə biləcəklər.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2017-ci il 6 mart tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “Tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tarifləri”nə əsasən, magistratura səviyyəsinə qəbul imtahanının II mərhələsində iştirak üçün 60 manat, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qabiliyyət imtahanda iştirak üçün isə 30 manat məbləğində ödəniş nəzərdə tutulmuşdur. Bakalavrlar proqram seçimi üçün müəyyənləşdirilən müddət ərzində tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edib öz elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər. İmtahanın II mərhələsində və ya qabiliyyət imtahanında iştirak üçün tələb olunan məbləğ proqram seçimi zamanı bakalavrın “Şəxsi kabinet”inin "Hesab"ından çıxılır. Qeyd olunan müddətdə elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməyənlər imtahanın 26 may 2019-cu il tarixində keçiriləcək ikinci mərhələsinə buraxılmayacaqlar.
Xatırladaq ki, imtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla yoxlanılacaq. Müəyyən proqramları seçən bakalavrlar yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər (bax: “Magistr” jurnalı, №3, 2019-cu il).
Qəbul imtahanının ikinci mərhələsi 2019-cu il mayın 26‑da Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək. 25, 30, 41, 43, 44, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar imtahanın ikinci mərhələsini Bakı şəhərində verəcəklər. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.
Aşağıdakı qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə yazılı imtahan verirlər:
– 41 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın ərizəsində qeyd etdiyi ixtisaslaşma dilində yerinə yetirilir;
– 43 saylı proqramı seçən bakalavrlar təqdim olunmuş mətni imtahanın birinci mərhələsini verdikləri dildən (Azərbaycan və ya rus dilindən) ərizələrində qeyd etdikləri ixtisaslaşma dilinə yazılı tərcümə edirlər;
– 44 saylı proqramı yalnız 1-3 may 2019-cu il tarixində jurnalistika üzrə qabiliyyət imtahanı verərək həmin imtahandan məqbul qiymət alan bakalavrlar seçə bilərlər; bu proqramı seçən bakalavrlar imtahanın II mərhələsində təqdim olunmuş mövzu üzrə inşa (esse) yazırlar. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir;
– 25, 30, 51, 52, 57, 60, 61, 62, 63, 64, 65 və 74 saylı proqramları seçən bakalavrlar ixtisas üzrə təqdim edilmiş suallara yazılı formada cavab verirlər. Yazı işi bakalavrın imtahanın birinci mərhələsini verdiyi dildə (Azərbaycan və ya rus dilində) yerinə yetirilir.
İmtahanın I mərhələsində ixtisaslaşma dilini xarici dil kimi seçmiş bakalavrlar 39, 40 və 41 saylı proqramları seçə bilməzlər.
“ADA” Universitetinin, Moskva Dövlət Universitetinin Bakı filialının və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının magistraturalarına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, həmin ali təhsil müəssisələrinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının magistraturasının tədrisi ingilis dilində olan ixtisaslaşmalarına qəbul olmaq istəyən, qəbul imtahanının birinci mərhələsi üzrə nəticələri Mərkəz tərəfindən müəyyən olunan müsabiqə şərtlərini, həmçinin Akademiya tərəfindən qoyulan ingilis dili üzrə tələbləri ödəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə həmin ali təhsil müəssisəsinin müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər.
Xüsusi qabiliyyət tələb edən ixtisasları bitirən bakalavrlar bitirdikləri ixtisasdan asılı olaraq, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramları ilə yanaşı, nəzəri ixtisaslaşmalar üzrə 37, 50, 53 və 74 saylı proqramları da seçə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarını cavablandırmaq əvəzinə qabiliyyət imtahanı verəcəklər. Bu ixtisaslaşmalar üzrə magistraturaya qəbul imtahanının 1-ci mərhələsinin müsabiqə şərtini ödəmiş bakalavrlar 2019‑cu il aprelin 26-dan mayın 7-dək keçirilən proqram seçimi zamanı 37, 50, 53 və 74 saylı proqramları seçdikləri halda, 2019-cu il mayın 26-da magistraturaya qəbul imtahanının II mərhələsində müvafiq proqramlar üzrə test imtahanı verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına aid 68, 69 və 70 saylı qəbul proqramlarını seçdikləri halda isə 2019-cu il 29 – 31 may tarixlərində qabiliyyət imtahanında iştirak etməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra bakalavrlar 2019-cu il iyunun 7‑dən 18‑dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə ixtisaslaşma seçimini aparacaqlar.
İxtisaslaşma seçimində imtahanının ikinci mərhələsindəki nəticələri və ümumi balı DİM tərəfindən müəyyən edilmiş minimal tələbləri ödəyən bakalavrlar iştirak edirlər. Müsabiqə qəbul imtahanının birinci və ikinci mərhələsində toplanılan balların cəminə (ümumi bala) əsasən aparılır.
Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə ─ 15-dən az olmamalıdır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Menecment (təhsilin təşkili və idarə olunması)” ixtisaslaşmasını yalnız təhsil ixtisasları qrupunun ixtisaslarından birini bitirib 27 saylı proqram üzrə imtahan vermiş bakalavrlar seçə bilərlər.
Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistraturasının ixtisaslaşmalarını yalnız həmin akademiyanın məzunları, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasının magistraturasının ixtisaslaşmasını isə yalnız həmin akademiyanın məzunları seçə bilərlər.
2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elanın tam mətni, eləcə də qəbul aparılacaq ixtisaslaşmaların siyahısı 2019-cu ilin may ayında “Magistr” jurnalının 4-cü sayında dərc olunacaq.