Xırdalan dairəsində yol məhdudlaşdırılacaq - Rəsmi xəbərdarlıq
    • 1-08-2018, 10:22
    • 897

Xırdalan dairəsində yol məhdudlaşdırılacaq - Rəsmi xəbərdarlıq

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı-Sumqayıt yolunun Xırdalan dairəsinin altından keçən avtomobil tunelində (Sumqayıt istiqamətində) avqustun 1-dən avqustun 2-nə keçən gecə hərəkət məhdudlaşdırılacaq.

News24.az  "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinə istinadən xəbər verir ki, hərəkətin məhdudlaşdırılması bir-neçə saatlıq, daha dəqiqi gecə saat 00:00-dən səhər saat 05:00-ə kimi tətbiq ediləcək.

Qeyd olunan saatlar ərzində hərəkət tunelin yan yoluna dairə istiqamətinə yönəldiləcək.

Yaranan müvəqqəti narahatlığa görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.