-
- 26-03-2024, 11:28
- 156
"Biz Moskvaya xəbərdarlıq etmişdik" - Metyu Miller
Martın əvvəlində biz Rusiya hökumətinə Moskvada konsertlər də daxil olmaqla, böyük toplantıları hədəfə ala biləcək terror aktı barədə xəbərdarlıq etmişdik.
News24.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.
O bildirib ki, bir neçə ay əvvəl Dövlət Departamenti İrana “İslam Dövləti” terror qruplaşmasının ölkədəki mümkün terroru barədə xəbərdarlıq edib və bu, sonradan reallığa çevrilib.
Miller həmçinin əlavə edib ki, Ukraynanın "Crocus City Hall" kompleksində törədilən terror aktına aidiyyatı yoxdur və bununla bağlı heç bir sübut da yoxdur.
Xatırladaq ki, martın 22-də axşam saatlarında Moskvada “Krokus Siti Holl” da bir qrup silahlı şəxs avtomatlardan atəş açıb, bundan sonra partlayış və yanğın baş verib.