“Krokus” terroru ilə bağlı daha bir şəxs HƏBS EDİLDİ
    • 26-03-2024, 14:30
    • 164

“Krokus” terroru ilə bağlı daha bir şəxs HƏBS EDİLDİ

"Crocus City Hall"da terror aktı törətməkdə şübhəli bilinən səkkizinci şəxs, Qırğızıstandan olan Əlişir Kasımov həbs edilib. 

News24.az TASS-a istinadən xəbər verir ki, o, mənzilini terrorçulara verib. 

“Kasımovun mayın 22-dək həbsdə saxlanması ilə bağlı istintaqın vəsatəti təmin edilsin”, – deyə hakim qərarı elan edib.

Xatırladaq ki, “Crocus City Hall” konsert zalında terror aktı martın 22-də baş verib. Son məlumatlara görə, qurbanların sayı 139 nəfərə çatıb, onlardan 95-nin şəxsiyyəti müəyyən edilib.