“Miqrasiya sahəsində vəziyyət nəzarətdə olmalıdır” - VİDEO
    • 26-03-2024, 15:22
    • 133

“Miqrasiya sahəsində vəziyyət nəzarətdə olmalıdır” - VİDEO

Vladimir Putin Rusiya Federasiyası Baş Prokurorluğunun kollegiyasının genişləndirilmiş iclasında çıxış edib. 

News24.az xəbər verir ki, bu mövzularda danışılıb: miqrasiya siyasəti, biznes, korrupsiya və s.

Əsas bəyanat isə aşağıdakılardan ibarət olub:

— Cinayətkarlığa qarşı, o cümlədən miqrasiya sahəsində qabaqlayıcı tədbirlər sistemi üzərində düşünmək lazımdır.

“Biz həmçinin təhsil müəssisələrində və uşaqların istirahət zonalarında təhlükəsizlik sahəsinə xüsusi diqqət yetirməliyik.

“Vətəndaşlarımızın təhlükəsizliyi, suverenliyin artırılması və asayişin möhkəmləndirilməsi ölkə siyasətinin əsas məqsədləri olub və olaraq qalır.

— Hərbi qulluqçuların hüquqlarının qorunmasına xüsusi önəm vermək lazımdır.

— Rusiya yeni regionlarda hüquq-mühafizə orqanlarını gücləndirəcək.

— Müəssisələrdə aparılan yoxlamaların sayını mümkün qədər azaltmaq, eyni zamanda istehlakçıların maraqlarını təmin etmək lazımdır.

— İri müəssisələrin dövlət mülkiyyətinə qaytarılmasından danışanda biz heç bir məhrumiyyətdən danışmırıq.

Günel Məlikzadə