Bombalı hücum nəticəsində 19 nəfər ÖLDÜ
    • 4-11-2023, 13:08
    • 303

Bombalı hücum nəticəsində 19 nəfər ÖLDÜ

Pakistanın iki vilayətində təhlükəsizlik qüvvələrini hədəf alan bombalı hücumlar həyata keçirilib.

News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.

Pakistanın Bəlucistan və Hayber Paxtunxva əyalətlərində təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirilən bombalı hücumlarda 19 nəfərin həyatını itirdiyi, çox sayda insanın isə yaralandığı bildirilib.

Qeyd edək ki, Hayber Paxtunxva əyalətində isə polis mikroavtobusu yaxınlığında törədilən hücumda 5 əsgər həlak olub.

Ülkər Abdurahmanlı