Məktəbə silahlı hücum: 7 müəllim öldürüldü
    • 4-05-2023, 17:04
    • 467

Məktəbə silahlı hücum: 7 müəllim öldürüldü

Pakistanda məktəbə hücum olub. 

News24.az xəbər verir ki, ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətinin Paraçinar şəhərində baş verən hadisə zamanı 7 müəllim öldürülüb. 

Hücum naməlum şəxslər tərəfindən imtahan zamanı baş verib. 

Polis rəsmiləri hücumun səbəbi ilə bağlı araşdırmaya başladıqlarını açıqlayıblar. Hadisənin terrorla əlaqəli ola biləcəyini bildirib. /Dunya News/