Güclü külək Goranboyda fəsadlar törətdi
    • 26-03-2024, 18:45
    • 202

Güclü külək Goranboyda fəsadlar törətdi

Goranboy rayonunda güclü külək bəzi fəsadlar törədib.

News24.az-ın Report-a istinadən məlumatına görə, günün ikinci yarısından başayaraq əsən güclü külək səbəbindən Goranboy rayon Boluslu, Məşədiqaralar, Eyvazlılar və daha bir necə kənddə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Həmçinin Goranboy-Ağcakənd yol kənarında və İrəvanlı kəndində bir neçə ağac aşıb.

Hazırda başqa fəsadların olub-olmadığı ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.