Gəncədə ağac evin üzərinə aşıb
    • 27-11-2023, 22:15
    • 318

Gəncədə ağac evin üzərinə aşıb

Gəncədə güclü külək bir sira fəsadlar törədib.

News24.az APA-ya istinadən bildirir ki, külək nəticəsində şəhərin Ruzigar Qasımov küçəsindəki ağac yaşayış evinin üzərinə aşıb.

Evə ziyan dəydiyi bildirilib.

Budan başqa güclü külər şəhərin Atatürk, Şah İsmayıl Xətai prospketlərində və Dədə Qorqud küçəsində bir neçə ağacı aşırıb.

Həmçinin şəhərin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Hazırda qərb bölgəsində küləkli hava höküm sürür.