Rusiya ordusuna güclü zərbə endirildi
    • 26-03-2024, 23:45
    • 194

Rusiya ordusuna güclü zərbə endirildi


24 saat ərzində Ukrayna ordusu rus işğalçıların mövqelərinə dəqiq zərbələr endirib.

News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sosial şəbəkə hesabında bildirilib.

“Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində 2 idarəetmə məntəqəsinə və düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi 8 əraziyə zərbələr endirib.

Eyni zamanda, Ukrayna raket qüvvələrinin bölmələri düşmənin 1 hava hücumundan müdafiə silahını, 1 artilleriya silahını və 1 döyüş sursat anbarını məhv edib.

Rus işğalçılar da öz növbəsində Ukrayna qoşunlarının mövqelərinə və yaşayış məntəqələrinə 4 raket və 52 hava zərbəsi endirib, çoxsaylı reaktiv raket sistemlərindən 43 hücum həyata keçirib”, - məlumatda vurğulanıb.