Cəbhədə son durum: Dağıdıcı zərbələr endirildi
    • 8-01-2024, 11:06
    • 307

Cəbhədə son durum: Dağıdıcı zərbələr endirildi

Son sutka ərzində cəbhədə Rusiya və Ukrayna qüvvələri arasında 35 toqquşma baş verib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rus ordusu gecə saatlarında “Şahid” tipli 8 hücum PUA-sından istifadə edərək növbəti dəfə Ukraynaya zərbə endirib. Bütün dronlar məhv edilib.

Rusiya qoşunlarının Sinkivka, İvanivka, Terni, Klişivka və Andrivka istiqamətlərindəki bütün hücumlarının qarşısı alınıb. Bundan başqa, Rusiya hərbçiləri Avdiv şəhərini mühasirəyə almaq cəhdlərini dayandırmayıb. Ukrayna ordusu burada müdafiəni möhkəm saxlayır. Ukraynalılar ötən gün ərzində bu istiqamətdə - Novobaxmutivka, Avdiv, Pervomaysk və Nevelski yaxınlığında rusların bütün hücumlarını dəf ediblər.

Novomixaylivka və Marin şəhəri istiqamətində hücuma keçən Rusiya ordusu burada da məqsədlərinə nail ola bilməyib. Rusların Zaporoje vilayətinin ərazisindəki hücumları da dəf edilib.

Ötən sutka ərzində Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası Rusiyanın şəxsi heyətinin cəmləşdiyi 4 əraziyə zərbələr endirib. Həmçinin Ukraynanın hava hücumundan müdafiə qüvvələri və vasitələri X-59 idarəolunan raketini məhv edib.

Raket qoşunlarının bölmələri Rusiyanın idarəetmə məntəqəsini, 2 silah-sursat anbarını və 2 artilleriya qurğusunu vurub

Ayşən