Rusiyanın üç komanda məntəqəsi vuruldu
    • 7-12-2022, 22:09
    • 396

Rusiyanın üç komanda məntəqəsi vuruldu

Ukrayna ordusu bir sutka ərzində Rusiya hərbçilərinin və texnikasının cəmləşdiyi məntəqələrə zərbələr endirib.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumata görə, Ukraynanın raket və artilleriya bölmələri üç komanda məntəqəsini, iki şəxsi heyətin cəmləşdiyi ərazini, bir artilleriya cəmləşdiyi ərazini və işğalçıların iki silah-sursat anbarını vurub.

Baş Qərargah əlavə edib ki, Ukrayna əsgərləri "Şahid-136" tipli hücum PUA-nı da vurub.