Kate Middleton ortaya çıxdı
    • 18-03-2024, 18:42
    • 129

Kate Middleton ortaya çıxdı

Uels şahzadəsi Uilyam və xanımı şahzadə Keyt Middltonun övladlarının qatıldığı idman yarışını izlədiyi iddia edilib.

News24.az xəbər verir ki, onun səhhətinin vəziyyəti ilə bağlı müxtəlif iddiaların səsləndiyi bir vaxtda bu iddia Şahzadənin Windsor Farm Shop-da görünməsi ilə maraqlananları rahatlaşdırdı.

Cütlüyü gördüyünü iddia edən biri The Sun-a danışıb: "Bütün söz-söhbətlərdən sonra onları orada görəndə heyrətə gəldim. Keyt Uilliam ilə alış-verişə çıxmışdı. O, xoşbəxt və yaxşı görünürdü".

Hadisə şahidi övladlarının yanlarında olmadığını deyib. Bununla belə, Keytin mağazada görünməsi onun səyahət etmək üçün kifayət qədər sağlam olduğuna dair yaxşı işarə kimi şərh edilib.

Bildirilib ki, Keytin sağalması zamanı şəxsi həyatına girmək istəməsi səbəbindən cütlüyün heç bir fotoşəkili çəkilməyib.

Günel Məlikzadə