"Siyasi karyerama qayınanam mane oldu" -
    • 27-03-2024, 15:40
    • 217

"Siyasi karyerama qayınanam mane oldu" - "Hollywood" ULDUZU

“Mənim siyasi karyerama vaxtilə qayınanam mane olub”. 

News24.az xəbər verir ki, bunu “Entertainment Weekly” nəşrinə aktyor Hyu Qrant bildirib. 

O deyib ki, bir neçə il əvvəl bu istəyini qayınanası Syuzanna Eberşteynlə müzakirə edib. Lakin əvvəllər siyasətlə məşğul olan S. Eberşteyn deyib ki, o siyasətlə məşğul olmaq istəyirsə, təhqirlərə də dözməli olacaq:

“Məhz bu səbəbdən siyasətçi olmaq fikrindən imtina etdim. Çünki siyasət həm də bir növ ticarət işidir” - aktyor belə deyib.

Qeyd edək ki, tanınmış aktyorun qayınanası, 76 yaşlı Syuzanna Eberşteyn 1994-2018-ci illərdə İsveç Parlamentinin üzvü olub.

Fərid Azəri