“Crocus”dakı terrordan sonra 95 nəfər itkin düşüb
    • 27-03-2024, 16:14
    • 207

“Crocus”dakı terrordan sonra 95 nəfər itkin düşüb

“Crocus” terror aktından sonra 95 nəfər itkin düşmüş hesab edilir.

News24.az xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı məlumat yayıb.

Bildirilir ki, siyahılar yaxınlarının müraciəti əsasında operativ xidmət əməkdaşları tərəfindən tərtib edilib. Həmin siyahılara terror aktından sonra yaxınları əlaqə saxlaya bilməyən, lakin ölən və yaralananlar siyahısında olmayan və şəxsiyyəti müəyyən edilməyən şəxslər daxildir. 

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Rəsmi olaraq 140 həlak olan şəxsin adı məlumdur. 

Qumral