“Crocus City Hall”da axtarış-xilasetmə işləri yekunlaşdı
    • 26-03-2024, 18:31
    • 242

“Crocus City Hall”da axtarış-xilasetmə işləri yekunlaşdı

“Crocus City Hall”da aparılan axtarış-xilasetmə işləri yekunlaşıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, 900 kubmetrdən çox dağılmış konstruksiya sökülərək binadan çıxarılıb.

Məlumatda, həmçinin qeyd olunur ki, sonrakı işlər mühəndis avadanlıqlarından istifadə etməklə mexaniki üsulla aparılacaq.

Qeyd edək ki, martın 22-də axşam saatlarında bir neçə silahlı şəxs Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert zalına soxularaq ziyarətçilərə və mərkəzin işçilərinə atəş açıb. Daha sonra konsert zalı yandırılıb, binada güclü yanğın baş verib. Hazırda terror aktı zamanı 139 nəfər ölüb, 200-ə yaxın insan yaralanıb.

Mehriban Mirzəzadə