-
- 27-03-2024, 20:15
- 216
Lukaşenko Putinə belə kömək etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Moskva hücumundan sonra hadisə yerindən qaçan şübhəlilərin Belarusa girməsinin qarşısını aldıqlarını açıqlayıb.
News24.az “The Moscow Times” qəzetinə istinadən xəbər verir ki, Lukaşenko dünən verdiyi açıqlamada həmkarı Vladimir Putinə kömək etdiyini bildirib.
Rusiya hüquq-mühafizə orqanları Rusiyanın qərbindəki Bryansk vilayətində, həm Ukrayna, həm də Belarusla sərhədlərə yaxın ərazidə hücumdan bir gün sonra hücumda şübhəli bilinən dörd nəfəri saxlayıb.
Lukaşenko bildirib ki, şübhəlilər əvvəlcə Belarusa keçməyə cəhd ediblər və orada yüksək təhlükəsizlik tədbirləri ilə üzləşiblər.
Belta dövlət xəbər agentliyi Lukaşenkodan sitat gətirib: "Buna görə də onlar geri çəkilərək sərhədin Ukrayna-Rusiya hissəsinə tərəf getdilər".
Günel Məlikzadə