"S-400" və "İskander" döyüş növbəsinə gətirilib"- Lukaşenko
    • 20-12-2022, 00:13
    • 226

"S-400" və "İskander" döyüş növbəsinə gətirilib"- Lukaşenko

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın “S-400” və “İskander” raket sistemlərinin artıq ölkədə döyüş növbəsinə gətirildiyini bildirib.

Bu barədə dövlət başçısı rusiyalı həmkarı Vladimir Putinlə görüşün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

“Bu gün biz sizin Belarusa təhvil verdiyiniz S-400 sistemlərini, ən əsası isə altı ay əvvəl bizə təhvil verdiyiniz “İskander” kompleksini döyüş növbəsinə qoyuruq”, – Belarus lideri söyləyib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Belarusun paytaxtı Minskdə birgünlük işgüzar səfərdədir. /Report/