-
- 31-10-2023, 22:50
- 1 181
Lukaşenkodan Putini əsəbləşdirəcək QƏRAR - Rusiyadan kompensasiya tələb ETDİ
Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyadan kompensasiya tələb edib.
News24 xəbər verir ki, Lukaşenkonun tələbi Belarus Atom Elektrik Stansiyasının (AES) planlaşdırıldığından gec istismara verilməsi ilə bağlıdır.
Belarus prezidenti bildirib ki, Rusiya AES-in istismara verilməsi vaxtını uzadır:
“Təbii ki, müqaviləyə uyğun olaraq biz Moskvanın qarşısında kompensasiya məsələsini qaldırmışıq. Bunu gizlətmək fikrimiz yoxdur və burada qeyri-adi heç nə baş verməyib”.
Lukaşenko Rusiyanın kompensasiya qismində Belarusa yerli qiymətlərlə və beş illik zəmanətlə yeni nüvə yanacağı təklif etdiyini vurğulayıb.