Xocalıda Şəhidlər xiyabanı salınır
    • 27-03-2024, 20:33
    • 1 074

Xocalıda Şəhidlər xiyabanı salınır

Xocalı şəhərində Şəhidlər xiyabanı salınır.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Xocalı şəhərinin mərkəzində (keçmiş Xalça fabrikinin yaxınlığında) aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqda qalıqları aşkarlanan və şəxsiyyətləri dəqiqləşdirilmiş 7 nəfərin cənazəsi yaxın günlərdə Xocalıya aparılacaq və orada dəfn olunacaq:

“Xocalı şəhərində Şəhidlər xiyabanı salınır, bununla bağlı işlər görülür. Həmin 7 nəfərin cənazəsi xiyabanda torpağa tapşırılacaq”.

Ş.Usubov söyləyib ki, hava şəraiti ilə əlaqədar kütləvi məzarlıqda işlərə bir qədər fasilə verilib: “Yaxın günlərdə ərazidə işlər bərpa olunacaq”.//Report