-
- 28-03-2024, 20:30
- 379
Uşağı olanlara 75 min dollar..
Cənubi Koreya şirkəti ölkədə son dərəcə aşağı doğum səviyyəsini düzəltmək üçün milyonlarla dollar ödəməyə hazırdır.
News24.az xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti Booyoung Group, keçirdiyi mətbuat konfransında işçilərinə "hər uşaq dünyaya gələndə" 100 milyon Koreya vonu və ya 75 min ABŞ dolları ödəməyi planlaşdırdıqlarını açıqladı.
Şirkət həmçinin əlavə edib ki, 2021-ci ildən bəri ümumilikdə 70 uşaq dünyaya gətirən işçilərə ümumilikdə 7 milyard Koreya vonu və ya 5,25 milyon ABŞ dolları pul ödəyəcək.
Günel Məlikzadə