Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar VƏD EDİR
    • 10-09-2023, 14:29
    • 356

Cənubi Koreya Ukraynaya 2,3 milyard dollar VƏD EDİR

Cənubi Koreya prezidenti Yoon Suk Yeol "müharibədən sonra sülhün qorunması və yenidən qurulması" üçün Ukraynaya 2,3 milyard dollar yardım vəd edib.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Yoon Suk Yeol bunu G20 sammitində bildirib.  

Yoon, uzunmüddətli perspektivdə Ukraynaya müharibədən sonra yenidən qurulması üçün öhdəlik götürərkən, bunun 300 milyon dollarını 2024-cü ildə ilk növbədə humanitar yardım olaraq Ukraynaya çatdıracaqlarını qeyd edib.

Günəş Mərd