Sabah Qubanın 18 yaşayış məntəqəsinin qazı kəsiləcək
    • 28-03-2024, 21:44
    • 124

Sabah Qubanın 18 yaşayış məntəqəsinin qazı kəsiləcək

Quba rayonu, 2-ci Nügədi kəndi istiqamətində çəkilmiş daşıyıcı qaz xəttinin yeraltı keçən hissəsində "Təmiz Qaz" QSC tərəfindən aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə martın 29-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

“Azəriqaz”dan verilən məlumata görə, təmir-bərpa işləri görülən müddətdə Quba rayonunun bir hissəsinin (18 yaşayış məntəqəsi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.