"BYD" Tesla-nı taxtdan saldı
    • 28-03-2024, 22:00
    • 543

"BYD" Tesla-nı taxtdan saldı

BYD, 2023-cü ilin son rübündə xalis mənfəətin artdığını və İlon Maskın Tesla-nı keçərək dünyanın ən böyük rüblük elektrik avtomobil satıcısı olduğunu bildirdi. Shenzhendə yerləşən avtomobil istehsalçısı ilin son üç ayında xalis mənfəətini 19 faiz artıraraq 1,20 milyard dollara çatdırıb.

News24.az xəbər verir ki, BYD-nin xalis mənfəəti bütün il ərzində 81 faiz artaraq 4,2 milyard dollara çatıb. Ümumi marja isə keçən illə müqayisədə 17 faizdən 20 faizə yüksəlib. BYD-nin dördüncü rübündə satış həcmi 38% artıb. Şirkət Tesla-dan 80 min ədəd çox elektrik avtomobil satıb.

Elon Musk keçmişdə BYD-nin avtomobillərini açıq şəkildə ələ salsa da, bu yaxınlarda BYD-nin elektrik avtomobil bazarına artan təhlükəsini etiraf edib. 

Günel Məlikzadə