“Tesla”sı satış rekordu qırdı – İki günə...
    • 30-04-2022, 23:03
    • 451

“Tesla”sı satış rekordu qırdı – İki günə...

“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask aprelin 26-sı və 27-də “Tesla”nın səhmlərini 4,4 milyard dollara satıb.

Bu barədə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası məlumat yayıb.

Amerikalı sahibkar daha sonra “Twitter”də açıqlama verərək, bu gündən sonra “Tesla”nı satmaq planının olmadığını deyib.

Qeyd edək ki, “Tesla” səhmləri aprelin 26-da 12 faiz ucuzlaşıb, bu, 2020-ci ilin sentyabrından bəri ən böyük ucuzlaşmadır.

İlon Mask 12 milyard dollarlıq kredit tapmaq üçün “Tesla” səhmlərini banklara girov kimi göstərmişdi. Bu azalma bankların kredit zəmanətlərini yerinə yetirib-yetirməməsi ilə bağlı suallar yaradıb.