İlon Mask bir gündə nə qədər pul qazanır?
    • 2-03-2024, 11:32
    • 322

İlon Mask bir gündə nə qədər pul qazanır?

İlon Mask bu gün dünyanın ən zəngin insanlarından biridir. O, məşhur sosial media platforması "X (Twitter)", elektrikli avtomobil istehsalçısı "Tesla" və kosmik nəqliyyat şirkəti "SpaceX" ilə tanınır. Beləliklə, İlon Mask bir gündə nə qədər pul qazanır?

News24.az xəbər verir ki, İlon Mask 1971-ci ildə Cənubi Afrikada anadan olub. Texnologiya və avtomobil sektorunda inqilabi bir iş adamı kimi tanınan Maskın sərvət yolu 1990-cı illərdə internetin artan yayılması ilə başladı.

Mask qurduğu onlayn şəhər bələdçisi proqram təminatçısı Zip2-ni 307 milyon dollara satmaqla cibinə çoxlu pul qoyub. Bu pulla məşhur iş adamı son illərdə "PayPal" kimi tanınan və hazırda "Twitter" kimi tanınan x.com-u qurub.

Sonradan "PayPal" 2001-ci ildə 1,5 milyard dollara satıldı. Bu satışdan 165 milyon dollar pay alan İlon Mask bu sərmayə ilə SpaceX-i qurdu və Tesla Motors-a sərmayə qoydu. Bu iki şirkətin atdığı uğurlu addımlar Maskı milyarderlər siyahısına salıb.

İllər ərzində daha çox sektor və şirkətə sərmayə qoyan İlon Maskın sərvəti 2020-2021-ci illər arasında 20-30 milyon dollar civarında idi. 2024-cü ilin fevral məlumatlarına görə, bu rəqəm 200 milyard dollardan çoxdur. Yəni ciddi artım var. 

"CoinCodex" tərəfindən paylaşılan məlumatlara görə, İlon Mask hər saniyədə 723 dollar qazanır. Bu, hər gün 65 milyon 467 min 200 dollara bərabərdir. Təbii ki, investor olduğu şirkətlərin səhmlərinin qiymətləri sabit qalmadığından bu məbləğ həmişə eyni qalmır.

Bir saniyə: 723 dollar

Bir gün: 62 milyon 467 min 200 dollar

Günel Məlikzadə