Dollara tələbin artmasının səbəbləri açıqladı
    • 28-03-2024, 23:39
    • 505

Dollara tələbin artmasının səbəbləri açıqladı

"2024-cü ilin əvvəlindən bəri valyuta bazarında tarazlıq qorunub. İlin ötən dövründə Mərkəzi Bank tərəfindən təşkil edilən valyuta hərraclarının bir neçəsində valyutaya tələb artıb".

News24.az "APA-Economics"ə istinadla xəbər verir ki, bu, Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinin parametrləri haqqında məlumatında bildirilib.

Qeyd edilib ki, buna səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir: "2024-cü ilin 2 ayında qeyri-neft investisiya qoyuluşları ötən ilin müvafiq dövrü ilə müqayisədə 17.1% artıb ki, bunun da əhəmiyyətli hissəsi daxili mənbələr hesabına maliyyələşib. Bu, qeyri-neft idxalı üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Qeyd olunanlar idxal mənşəli valyuta tələbinin artımını təsdiqləyir. Ümumilikdə, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir".