Nadirdən Aytən Səfərovanın fikirlərinə - Reaksiya
    • 28-03-2024, 23:50
    • 825

Nadirdən Aytən Səfərovanın fikirlərinə - Reaksiya

Müğənni Nadir Qafarzadə aparıcı Aytən Səfərovanın "TikTok" platforması haqqındakı fikirlərinə dəstək olub.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, Nadir Qafarzadə İnstaqramda Aytən Səfərovanın videosunu paylaşaraq bu sözləri qeyd edib: "TikTok" platforması kimin hansı səviyyədə, tərbiyədə, mədəniyyətdə, əxlaqda olduğunu üzə çıxartdı".

Qeyd edək ki, Aytən Səfərova aparıcısı olduğu "Xəbər ertəsi" verilişində "Hamı deyir ki, "TikTok" platforması camaata belə təsir edir, uşaqlarımızı məcrasından çıxarır. Yox! Sadəcə "TikTok" kimin için nə var, onu açır. Kimsə nə isə edirsə, sosial şəbəkələrin ona aidiyyəti yoxdur. Sadəcə sosial şəbəkə vasitəsilə onların daxilində nə olduğunu görürük", - deyə fikir bildirib.