"Çünki bələdiyyənin pulu yoxdur" - Deputat
    • 29-03-2024, 11:52
    • 361

"Çünki bələdiyyənin pulu yoxdur" - Deputat

“Hansı bələdiyyənin sosial müəssisəsi var? Hansı bələdiyyənin idman kompleksi var? Hansı bələdiyyənin peşə məktəbi, kolleci var?

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. 

“Bu sualların cavabı yoxdur. Bələdiyyənin məktəbinin olmağı qanunda var, amma hazırda heç bir bələdiyyənin məktəbi yoxdur. Çünki bələdiyyənin pulu yoxdur. Büdcəsi bir milyondan az olan, vəsaiti az olan kənd bələdiyyələrinin fəaliyyət göstərməsi məqsədəuyğun deyil. Büdcə olmadan hansı layihə həyata keçirilə bilər”,- deyə millət vəkili bildirib.

Qumral