"Anaların pensiya yaşı irəli çəkilməlidir"
    • 29-03-2024, 13:33
    • 310

"Anaların pensiya yaşı irəli çəkilməlidir"

Bütün əhalinin təqaüd yaşına nəzər salınmalıdır.

News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Sabir Rüstəmxanlı deyib. 

Deputat bildirib ki, qadınların təqaüdə çıxma yaşı irəli çəkilməlidir:

«Anaların pensiya yaşı irəli çəkilməlidir. Azərbaycan uzun ömürlülər vətənidi deyirik. O uzun ömürüllər qaldı keçmişdə. 60-62 yaş pensiya üçün çox gecdir. Bu nəzərə alınmalıdır».

Qumral